Hindistanda havanın yüksək temperaturu səbəbindən 20-yə yaxın şəxs ölüb

Tarix: 01 Jun 2024 07:54

Hindistan tarixinin ən isti günlərini yaşayır.

APA yerli KİV-ə istinadən xəbər verir ki, 50 dərəcəlik istilik fonunda ölkə ərazisində 18 nəfər dünyasını dəyişib.

Daha çox ölüm Odişa və Bihar ştatlarıhnda qeydə alınıb.

Ştat səlahiyyətliləri, ölümlərin səbəbini araşdırdıqlarını, lakin bunun istilik dalğası ilə əlaqəli olduğundan şübhələndiklərini söyləyib.

“Ştatda istilik dalğası yaşandığından, ölümlərin isti ilə əlaqəli xəstəliklərdən qaynaqlandığından şübhələnirik”, - hospital nümayəndəsi Sudrahani Pradhan deyib.

Xəbər Lenti