Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib

Tarix: 26 Aug 2026 13:32

Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “Space X” şirkətinin rəhbəri İlon Maskı təltif edib.

“UNIAN”ın xəbərinə görə, Mask “Azadlıq Ordeni” ilə təltif olunub.

Zelenski İlon Maskı “Ukrayna və ABŞ xalqları arasındakı əlaqələrin inkişafı, insan həyatının və azadlıqlarının qorunmasında mükəmməl şəxsi müvəffəqiyyətlərə görə” təltif edib.

Qeyd edək ki, bu ilin əvvəlində İlon Mask Rusiyanın “Starlink” peyk-kommunikasiya şəbəkəsindən istifadə imkanlarını məhdudlaşdırıb.

Toğrul Quluzadə Zelenski İlon Mask Azadlıq Ordeni təltif

Mənbə: apa.az

Xəbər Lenti