Balakəndə avtomobil dirəyə çırpılıb, ər-arvad xəsarət alıb

Balakəndə avtomobil dirəyə çırpılıb, ər-arvad xəsarət alıb

Tarix: 26 Aug 2026 16:36

Balakəndə minik avtomobili dirəyə çırpılıb, ər-arvad xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.

Qəzadan sonra sürücü və onun avtomobildə olan həyat yoldaşı L. Məmmədova xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov avtomobil qəzası

Mənbə: apa.az

Xəbər Lenti