Nepal-Çin sərhədində daşqında ölənlərin sayı 31-ə çatıb - VİDEO - YENİLƏNİB

Nepal-Çin sərhədində daşqında ölənlərin sayı 31-ə çatıb - VİDEO - YENİLƏNİB

Tarix: 26 Aug 2026 16:53

Nepal-Çin sərhədində baş verən daşqında ölənlərin sayı 31 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, xilasetmə əməliyyatları nəticəsində 88 nəfər xilas edilib.

***

15:41

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

BBC-nin xəbərinə görə, indiyə kimi daşqınlarda azı 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

Məlumata görə, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

https://t.me/apa_az/125148

Toğrul Quluzadə Nepal Çin daşqınlar sərhəd

Mənbə: apa.az

Xəbər Lenti