Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 01 Jun 2024 18:41
Türkiyə xarici işlər naziri Hakan Fidan iyunun 3-5-də Çin Xalq Respublikasına rəsmi səfər edəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulub.