Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb

Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb

Tarix: 27 Aug 2026 03:35

Sloveniya İsrailin İordan çayının qərb sahilində yerləşən E-1 zonasında yəhudi yaşayış məntəqələrinin tikintisi planlarını pisləyən Avropa İttifaqının birgə bəyanatının qəbulunu bloklayıb.

APA xəbər verir ki, bu barədə Sloveniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Keçirilən məsləhətləşmələrdən sonra Sloveniya Aİ-nin 27 ölkəsinin təklif etdiyi bəyanat layihəsini dəstəkləməyib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Nazirlik hesab edir ki, belə bir Aİ bəyanatı “əlavə fayda gətirməyəcək”.

Qeyd edək ki, Yanez Yanşa rəhbərliyində Sloveniyanın yeni hökumətinin tərkibi iyunun 4-də parlament tərəfindən təsdiqlənib. Sloveniyanın Baş naziri İsraillə bağlı siyasətə, o cümlədən Fələstinin müstəqilliyinin tanınması məsələsinə yenidən baxmaq niyyətində olduğunu dəfələrlə açıqlayıb.

Sloveniya İsrail Avropa İttifaqı Yanez Yanşa İordan çayının qərb sahili

Mənbə: apa.az

Xəbər Lenti