Britaniya gəmisi Yəmən sahillərində hücuma keçib

Britaniya gəmisi Yəmən sahillərində hücuma keçib

Tarix: 02 Jun 2024 07:20

Yəmən sahillərində Britaniya gəmisi hücuma məruz qalıb.

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Dövlət Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

“Dövlət Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeydə şəhərindən 48 dəniz mili cənub-qərbdə insident barədə məlumat aldı. Kapitan gəmidən xeyli aralıda partlayışın şahidi olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəminin özü isə təyinat yerinə getməyə davam edir. Departament həmçinin gəmilərə Yəmən sahillərindən keçərkən diqqətli olmağı tövsiyə edib.

Mənbə: apa.az

Xəbər Lenti