İsrail prezidenti girovların qaytarılması ilə bağlı sazişin bağlanmasını dəstəkləyib

İsrail prezidenti girovların qaytarılması ilə bağlı sazişin bağlanmasını dəstəkləyib

Tarix: 02 Jun 2024 18:22

İsrail prezidenti İsaak Hersoq baş nazir Benyamin Netanyahuya və hökumətə ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı girovların qaytarılması ilə bağlı razılaşmaya dəstək verəcək.

APA xəbər verir ki, bu barədə o, X-də (keçmiş Twitter) paylaşım edib.

"Mən prezident Baydenə çıxışına və Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS tərəfindən saxlanılan bütün girovları azad etmək üçün göstərdiyi səylərə görə təşəkkür etmək istəyirəm. Bu kontekstdə mən Baş nazirə məlumat verdim ki, girovların azad edilməsinə gətirib çıxaracaq razılaşmanın əldə edilməsində ona və hökumətə tam dəstəyimi verəcəyəm”, - bəyanatda deyilir.

Qeyd edək ki, Mayın 31-də Bayden İsrail və HƏMAS arasında tam atəşkəs mümkünlüyünü ehtiva edən çoxmərhələli razılaşmanın təfərrüatlarını təqdim edib.

Mənbə: apa.az

Xəbər Lenti