Şənbə, 29 Avqust, 2026
Tarix: 28 Aug 2026 09:31
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Qaraçı kəndində baş verib.
Belə ki, Rəşad Məmmədseyidov idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada Böyükağa Abasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə Xaçmaz piyada hadisəMənbə: apa.az