Şənbə, 29 Avqust, 2026
Tarix: 28 Aug 2026 10:37
28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq”, - qeyd olunub.
https://x.com/AzerbaijanMFA/status/2093225848895930457Ballıqaya qətliamı XİN
Mənbə: apa.az