Mərkəzi Bankın valyuta ehtiyatları 12 mlrd. dollara yaxınlaşır

Tarix: 03.06.2024 16:11

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0,5% artaraq iyun ayının 1-nə 11 milyard 713,7 milyon dollara yüksəlib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, son bir ildə Mərkəzi Bankın ehtiyatları 27,7% artıb.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları 2015-ci ildən sonra ən yüksək həddə çatıb.

Xəbər Lenti