Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 03 Jun 2024 18:04
İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib. APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
“Tasnim”in öz mənbələrinə istinadən yaydığı digər məlumata görə isə, Prezident vəzifələrini icra edən Məhəmməd Möxbər seçkilərdə iştirak etməsi ilə bağlı müraciətlərə baxmayaraq, namizəd olmaq üçün qeydiyyatdan keçməyəcək. Qeyd edək ki, Bəzrpaş İran-Azərbaycan Birgə Komissiyasının həmsədridir.
***
15:57
Məhəmməd Qalibaf prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. İran parlamentinin (İslam Şurası) sədri Məhəmməd Baqir Qalibaf növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Keçmiş millət vəkili Həcər Çenarani də bu gün seçkilərdə qeydiyyatdan keçib. Ümumilikdə indiyədək 60 nəfərin qeydiyyatı yekunlaşıb, onlardan 3-ü qadındır.
Proses yerli vaxtla saat 18:00-dək davam edəcək.
