Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 29 Aug 2026 09:59
Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb.
O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.
Məhkəmənin qərarı ilə E.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
İlkin Rzayev Lənkəran avtoxuliqanlıq həbsMənbə: apa.az