İsveçrə İsrail və HƏMAS nümayəndələrini BCM-nin orderi ilə həbs edə bilər

İsveçrə İsrail və HƏMAS nümayəndələrini BCM-nin orderi ilə həbs edə bilər

Tarix: 04 Jun 2024 02:47

İsveçrə, İsrail və HƏMAS hökumət nümayəndələrinin İsveçrəyə gələcəkləri və Beynəlxalq Cinayət Məhkəməsinin onların həbsinə order vermək qərarına gələcəyi təqdirdə, onları həbs edəcək.

APA-nın məlumatına görə, bu barədə ölkə parlamentinin saytında dərc olunan məlumatda deyilir. "Hökumət bu öhdəliyi bazar ertəsi deputatların bir neçə sualına cavab olaraq qəbul etdi." - sitatın sonu.

Ölkənin Xarici İşlər Nazirliyi qeyd edib ki, prinsip etibarilə İsveçrə Beynəlxalq Cinayət Məhkəməsini təsis edən dövlətlərdən biri kimi, bu məhkəmənin verdiyi həbs qərarlarını icra etməyə də borcludur.

Mənbə: apa.az

Xəbər Lenti