Cümə, 31 İyul, 2026
Tarix: 04 Jun 2024 01:06
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə köməkçisi Akif Çağatay Kılıç ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, danışıq zamanı iki ölkə arasındakı əlaqələr, İsrailin Qəzzaya hücumları, PKK, FETÖ və İŞİD ilə mübarizədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Mənbə: apa.az