Bazar, 30 Avqust, 2026
Tarix: 29 Aug 2026 22:35
Kürdəmir rayonunda “Toyota” markalı avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Pirili kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər – 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il təvəllüdlü Fatimə Əliyeva müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov Kürdəmir yol qəzası Toyota xəsarət
Mənbə: apa.az