ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır

ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır

Tarix: 30 Aug 2026 04:30

ABŞ-ın “Covenant” müdafiə şirkəti 2027-ci ildən etibarən Almaniyanın Leypsiq şəhəri yaxınlığında orta mənzilli raketlərin istehsalına başlamağı planlaşdırır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, raketlərin uçuş məsafəsi 1 500 kilometrdən çox olacaq və istehsal gücü ildə 1 000 raketə çata bilər.

Şirkət ABŞ-a məxsus olsa da, layihədə istifadə olunacaq komponentlərin böyük hissəsinin Almaniya və digər Avropa ölkələrindən tədarük ediləcəyi gözlənilir.

Almaniya ABŞ raket istehsalı Covenant

Mənbə: apa.az

Xəbər Lenti