İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib

İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib

Tarix: 30 Aug 2026 06:52

İspaniya Şimali Afrikadakı Seuta anklavında yerləşən miqrantlarla bağlı Avropa İttifaqından yardım istəyib. Bu barədə “Reuters” məlumat yayıb.

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “Frontex”dən qanunsuz olaraq anklavda qalan miqrantların yoxlanılması və qeydiyyatı prosesinə dəstək göstərilməsini istəyib.

Bu müraciət Mərakeşlə sərhəddən on minlərlə şəxsin keçməsindən təxminən bir ay sonra edilib.

İspaniya Seuta miqrantlar Frontex

Mənbə: apa.az

Xəbər Lenti