Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 08:42
Filippində son bir ay ərzində musson yağışları və tropik siklonların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 32 nəfər ölüb.
“The Philippine Daily Inquirer” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, təbii fəlakətdən təxminən 8 milyon insan zərər çəkib, 26 minə yaxın sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Üç nəfərin itkin düşdüyü bildirilir.
Təbii fəlakət nəticəsində infrastruktura təxminən 100 milyon dollar ziyan dəyib.
Filippin daşqın tayfun
Mənbə: apa.az