Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb

Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb

Tarix: 30 Aug 2026 07:53

Tibet Muxtar Rayonunda güclü torpaq sürüşməsi nəticəsində 23 ölkədən 261 əcnəbinin itkin düşdüyü bildirilir.

APA xəbər verir ki, bu barədə Tibet Muxtar Rayonunun rəhbəri Qama Tsede bildirib. Onun sözlərinə görə, itkinlər arasında 3 Rusiya, 104 Nepal, 49 Hindistan, 18 ABŞ və 33 Latviya vətəndaşı da var.

Çin tərəfinin hadisə ilə bağlı müvafiq ölkələrin səfirlik və konsulluqlarını məlumatlandırdığı bildirilib.

Tibet torpaq sürüşməsi əcnəbilər itkin düşənlər

Mənbə: apa.az

Xəbər Lenti