- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 04.06.2024 15:59
Ölkədə neft hasilatının azalmasının qarşısının alınması məqsədləri çərçivəsində "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda istehsalatın aşağı düşmə templərini stabilləşdirmək əsas hədəfdir.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Stereotipləri qıraraq: Enerji həllərinin formalaşdırılması" paneli çərçivəsində bildirib.
"Birinci bizim hədəfimiz - azalma tempini stabilləşdirmək və ondan sonra bir müddət onu saxlamaqdır", - Babək Hüseynov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan məqsədlərə çatdıqdan sonra SOCAR öz diqqətini yeni yataqların ("Qarabağ" yatağı-red.) işlənilməsinə yönəltməyi planlaşdırır.