Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 15:35
Nepal və Çində baş verən daşqın nəticəsində ölənlərin sayı 768 nəfərə yüksəlib.
APA xəbər verir ki, bu barədə Nepalın fövqəladə hallar üzrə nazirliyi və Çinin dövlət mediası məlumat yayıb.
Onlardan 752-si Nepalda, 16-sı isə Tibetdə həyatını itirib.
Nepalda daha 2 502 nəfər itkin düşmüş hesab olunur. Çində isə itkin düşənlərin sayı 546 nəfərdir. Beləliklə, hər iki ölkədə itkin düşənlərin ümumi sayı 3 048 nəfərə çatır.
***
saat 09.26
Nepalın şimal rayonlarında baş vermiş daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Nepalın Risklərin azaldılması və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 734 nəfərin meyiti tapılıb. İndiyə qədər 8 186 nəfər xilas edilib, onların arasında 227 xarici ölkə vətəndaşı var. Aralarında 588 əcnəbi də olmaqla, 2,5 min nəfər itkin düşmüş sayılır.
Nepal daşqın
Mənbə: apa.az