Ermənistan XİN: Aİ ölkələrinə viza prosedurları sadələşdirilə bilər

Tarix: 04 Jun 2024 17:58

Yaxın vaxtlarda Ermənistan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza prosedurları sadələşdirilə bilər.

APA-nın “panorama.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, ölkəsi ilə ittifaq arasında hüquqi razılaşmaların əhatə dairəsi genişlənir:

“Bu məsələdə xüsusi diqqət məhz viza prosedurlarının liberallaşdırılmasına yönəlib. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə müsbət irəliləyiş olacaq”.

Xəbər Lenti