Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 19:01
Honqkonq bayraqlı “M/T Golden Sapling” tankeri Qara dənizdə Türkiyə sahillərindən 90 mil məsafədə hərəkətdə olarkən pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb, zədələnib.
“Hurriyet” xəbər verir ki, tankerdəki 21 heyət üzvü “Maran Pytha” adlı gəmi tərəfindən təxliyə edilərək Rusiyanın Novorossiysk limanına aparılıb, tankerdən son siqnal avqustun 26-da saat 02:00 radələrində alınıb.
Hücum nəticəsində zədələnən tanker bu gün Samsunun Alaçam rayonunda sahildə saya oturub. Əraziyə Sahil Mühafizəsi və Liman Baş İdarəsinin əməkdaşları göndərilib.
Araşdırmadan sonra müvafiq prosedurlara başlanılması gözlənilir. Tankerin olduğu yerdən hansı üsulla çıxarılacağı və hansı istiqamətə yedəyə aparılacağı qiymətləndirmələrdən sonra müəyyənləşdiriləcək.
PUA tanker Qara dəniz saya oturma
Mənbə: apa.az