- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 04.06.2024 18:47
Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun gündəliyindəki mövzulara dair səmərəli müzakirələr apardıq.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Avropanın enerji və iqlim hədəfləri müstəvisində qaza tələbat, Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya Yaşıl Enerji axınının perspektivləri, Yaşıl Enerji Dəhlizi layihəsi üzrə əməkdaşlıqla bağlı məsələləri dəyərləndirdik", - deyə nazir qeyd edib.