İsrail "Hizbullah"ın Livandakı obyektlərinə zərbələr endirib

Tarix: 04 Jun 2024 19:25

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib.

APA-nın “Al-Arabia News”a istinadən xəbərinə görə, bu barədə İsaril Ordusunun (TSAXAL) mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, nəticədə sözü gedən terror təşkilatının Livandakı qanadının liderlərindən biri öldürülüb. Eyni zamanda Kfar-Şuba, Majdal-Zun, Raşaya-əl-Fuhar yaşayış məntəqələri də atəşə tutulub.

Ölən və yaralananlar haqqında məlumat verilmir.

Xəbər Lenti