Ukraynanın Belqoroda hücumu nəticəsində iki nəfər ölüb

Ukraynanın Belqoroda hücumu nəticəsində iki nəfər ölüb

Tarix: 30 Aug 2026 23:40

Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində azı iki nəfər ölüb, 12 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayətin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.

“Böyük təəssüf hissi ilə bildirirəm ki, Kiyevin Belqoroda məqsədli raket hücumu nəticəsində itkilərimiz var. Şəhərdəki kommersiya obyektlərindən birinin ərazisində kişi və 16 yaşlı yeniyetmə həlak olub”, – Şuvayev bildirib.

Onun sözlərinə görə, hadisə zamanı daha 12 nəfər yaralanıb. Yaralananlar arasında 16 və 17 yaşlarında yeddi yeniyetmə var.

Onlar vilayət uşaq klinik xəstəxanasına çatdırılıb və yeniyetmələrdən birinin vəziyyəti ağırdır. Yaralanan qızlardan biri müalicəsini ambulator şəraitdə davam etdirəcək.

Ukrayna belqorod

Mənbə: apa.az

Xəbər Lenti