Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB

Gəncədə fərdi yaşayış evində yanğın olub - VİDEO - YENİLƏNİB

Tarix: 30 Aug 2026 23:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddiotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 55kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.

***

21:25

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli məlumatına görə hadisə şəhərin Bağmanlar küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yerləşən 310 m² sahəsi olan fərdi yaşayış evindən qəfil yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın geniş sahəyə yayılmadan qısa müddət ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nəticədə 310 m² sahəsi olan fərdi yaşayış evinin birinci mərtəbəsinin 55 m² sahəsi yanıb, 50 m² hissəsində isə yanğının qarşısı alınıb. Evin 205 m² hissəsi yanğından mühafizə olunub.

Həmçinin fərdi yaşayış evinə bitişik 150 m² olan ərzaq mağazası yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB
Gəncədə fərdi yaşayış evində yanğın olub  - VİDEO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti