Bayden Meksikadan qanunsuz gələn mühacirlərə sığınacaq verilməsinə qadağa qoyur

Tarix: 04 Jun 2024 20:50

ABŞ Prezidenti Co Bayden ölkənin cənub sərhədini qanunsuz keçən qeyri-qanuni miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qoyur.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bu addımlar ölkədə qalmaq üçün heç bir hüquqi əsası olmayan qeyri-qanuni mühacirlərin ölkədən çıxarılmasını asanlaşdıracaq.

Tədbirlər miqrant axını lazımi səviyyəyə enənə qədər davam edəcək.

Xəbər Lenti