Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

Tarix: 07 Dec 2023 12:05

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər Lenti