Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 05 Jun 2024 01:05
Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı danışıqların bərpası yollarını müzakirə edəcəklər.
APA xəbər verir ki, belə bir iddia ilə Misirdəki mənbəsinə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Dohada keçiriləcək iclasda Misiri güc strukturlarının rəhbərləri təmsil edəcək.
Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat verilməyib.