Bazar ertəsi, 31 Avqust, 2026
Tarix: 31 Aug 2026 05:05
ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana maliyyə axınını məhdudlaşdırmaq məqsədilə yaxın bir həftə ərzində banklardan birinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlayıb.
Bessent bildirib ki, Vaşinqton lazım gələrsə, iqtisadi təzyiq göstərəcək. Nazir sanksiya tətbiq ediləcək bankın adını açıqlamayıb.
Avqustun 24-də Bessent ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirəcəyini və Tehranın gəlir mənbələrini tamamilə bloklamağa çalışacağını bildirmişdi.
O, həmçinin yeni məhdudiyyətlərə əməl etməyən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcəyi və onların dollara çıxışının məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
ABŞ İran bank Bessent
Mənbə: apa.az