Ağ Ev: ABŞ Ukraynaya hərbi təlimçilər və ya qoşun göndərməyəcək

Tarix: 05 Jun 2024 05:10

ABŞ Ukraynaya öz ordusunu, müşavirlərini və ya təlimatçılarını göndərmək niyyətində deyil.

APA xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Ukraynada ukraynalılara təlim keçmək üçün əsgərlər, hərbi məsləhətçilər və ya təlimatçılar göndərməyi planlaşdırmırıq”, - Sallivan vurğulayıb.

Xəbər Lenti