ABŞ İrana təzyiq göstərmək üçün hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ İrana təzyiq göstərmək üçün hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Tarix: 31 Aug 2026 06:31

Vaşinqton Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəli müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

APA xəbər verir ki, Bunu ABŞ Maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsi zamanı bildirib.

“Görəcəksiniz ki, hər həftə onların sayı daha da artacaq”, - Bessent deyib.

Sanksiyaların ilk növbədə banklardan başlayacağını vurğulayan nazir sözlərinə belə davam edib: “Biz onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”.

Bessent onu da bildirib ki, avqustun 31-dən sentyabrın 1-dək ABŞ-da keçiriləcək G20 maliyyə nazirlərinin görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiya tətbiq edilə biləcəyi barədə xəbərdar edəcək.

Qeyd edək ki, avqustun 24-də Bessent ABŞ-ın İrana qarşı sanksiyaları kəskin sərtləşdirəcəyini və Tehranın gəlir mənbələrini tamamilə bloklamağa çalışacağını açıqlamışdı.

ABŞ İran sanksiya Bessent

Mənbə: apa.az

Xəbər Lenti