ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım elan edəcək

Tarix: 05 Jun 2024 06:28

Birləşmiş Ştatlar yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

APA xəbər verir ki, belə bir açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan diqqət çəkib.

“Düşünürəm ki, yaxın həftələrdə Ukraynaya gələcək tədarüklərlə bağlı elanlar gözləyə bilərsiniz”, - Sallivan vurğulayıb.

Xəbər Lenti