Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 05 Jun 2024 08:56
Cənubi Koreya ordusu bu ay KXDR ilə sərhəddə artilleriya təlimlərini bərpa etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Sarı dənizin şimal-qərb adalarında yerləşən Dəniz Piyadaları Korpusunun bölmələri iyun ayı ərzində “K-9” özüyeriyən artilleriya silahlarından istifadə etməklə atəş təlimləri keçirməyi planlaşdırır.