Cümə, 16 Oktyabr, 2026
Tarix: 31 Aug 2026 09:36
Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.
Tehran Təcili Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə nəticəsində indiyədək xəsarət alan olmayıb.
Haşim Rahimi Tehran zəlzələMənbə: apa.az