- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 05.06.2024 11:16
Azərbaycandan Avropaya təbii qaz ixracının artırılması istiqamətində danışıqlar bir qədər uğurlu getmir.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, ixrac edilən qaz həcmlərinin artırılması üçün uzunmüddətli müqavilələrin bağlanması və güclü dəstək lazımdır.
Nazir qeyd edib ki, bunlara baxmayaraq, qeyd olunan istiqamətdə danışıqla gözlənildiyi qədər yaxşı getmir.
Pərviz Şahbazov onu da əlavə edib ki, hazırda Azərbaycanla Avropa arasında "yaşıl" enerji sahəsində çalışmalar aparılır: "İnanırıq ki, bu istiqamətdə danışıqlar uğurlu olacaq".