Şənbə, 26 Sentyabr, 2026
Tarix: 31 Aug 2026 14:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb.
APA xəbər verir ki, liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Azərbaycan Prezidenti Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan TRIPPMənbə: apa.az