- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 05.06.2024 12:21
Bu il Azərbaycanda 48 mlrd. kubmetr ətrafında təbii qaz hasil olunacaq.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Kamal Abbasov bildirib.
Onun sözlərinə görə, cari ildə ölkədə 30 mln. ton ətrafında neftin hasil olunması gözlənilir.
Kamal Abbasov onu da əlavə edib ki, ötən il Azərbaycanda 30 mln. tona yaxın neft hasil edilib, bunun da 25 mln. tonu ixraca yönəldilib.
Nazir müavininin sözlərinə görə, ötən il Azərbaycanda 48 mlrd. kubmetr civarında qaz hasil olunub ki, bunu 20 mlrd. kubmetrdən çoxu ixrac edilib. Ötən il ixrac olunan qazın 12 mlrd. kubmetri Avropaya, 9,5 mlrd. kubmetri isə Türkiyəyə nəql edilib.
Kamal Abbasov onu da qeyd edib ki, gələn il "Azəri-Çıraq-Günəşli" yataqları blokunda dərin qaz laylarının işlənilməsi çərçivəsində hasilatın başlanılacağı gözlənilir, bu da ölkədə "mavi" yanacaq hasilatının daha da artmasına şərait yaradacaq.