CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib

CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib

Tarix: 31 Aug 2026 17:17

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsindən keçən supertankerin minaya düşməsi ilə bağlı SEPAH-ın iddiasını təkzib edib.

APA xəbər verir ki, bununla bağlı CENTCOM-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, Hörmüz boğazında heç bir gəmi minaya düşməyib.

“Bu, SEPAH-ın regional gəmiçiliyə dezinformasiya yolu ilə hədə-qorxu gəlmək məqsədi daşıyan daha bir təşəbbüsüdür”, - ABŞ Mərkəzi Komandanlığının məlumatında deyilir.

Toğrul Quluzadə ABŞ Mərkəzi Komandanlığı SEPAH CENTCOM mina Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti