Sumqayıt sakini bıçaqlanıb, 71 yaşlı atası saxlanılıb

Sumqayıt sakini bıçaqlanıb, 71 yaşlı atası saxlanılıb

Tarix: 31 Aug 2026 17:59

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mübahisə zəminində Sumqayıt sakini 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaqlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, atası 71 yaşlı Nadir Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Emin Şirvanzadə Sumqayıt bıçaqlanma

Mənbə: apa.az

Xəbər Lenti