İran ordusunun Baş Qərargahı ötən gecə baş verən hadisələrlə bağlı bəyanat yayıb

İran ordusunun Baş Qərargahı ötən gecə baş verən hadisələrlə bağlı bəyanat yayıb

Tarix: 31 Aug 2026 22:29

“İrana qarşı istənilən təcavüzə dəfələrlə daha ağır cavab verəcəyik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözlər İran ordusunun Baş Qərargahı bəyanatında öz əksini tapıb.

ABŞ-ın regiondakı bəzi ölkələrin ərazisi, hava məkanı və sahillərindən istifadə etməsinə münasibət bildirilən bəyanatda həmin ölkələrin öz ərazilərinin bu məqsədlə istifadəsinə icazə vermədikləri barədə rəsmi açıqlamalarına baxmayaraq, ABŞ-ın bu imkanlardan istifadə etdiyi qeyd olunub.

“İndiyədək döyüş meydanında göstərdiyimiz kimi, qonşularımızın milli suverenliyinə hörmət etməklə yanaşı, heç bir təcavüzü heç vaxt qəbul etməyəcəyik və buna dəfələrlə daha ağır cavab verəcəyik”, - bəyanatda deyilir.

İran ordusunun Baş Qərargahı ABŞ ordusunun regiondan çıxmaqdan başqa yolu olmadığını vurğulayıb.

Haşim Rahimi İran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti