- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 05.06.2024 15:09
Azərbaycan dünyanı təhlükəsiz, etibarlı və sərfəli enerji ilə təmin etmək baxımından qlobal miqyasda mühüm rola malikdir.
"APA-Economics" xəbər verir ki, bunu Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi bu gün keçirilən Bakı Enerji Forumunun birinci günündə deyib. O qeyd edib ki, Azərbaycan bu istiqamətdə hər zaman böyük rol oynayıb: "Biz regionun gələcəkdə daha böyük rol oynaması üçün potensial görürük. Enerji mənzərəsinə baxdıqda aydın olur ki, əhali artımı, iqtisadi artım var və bunun üçün daha çox enerji tələb olunur. Bizim kimi şirkətlər üçün ən böyük problem bu günün enerjisini karbonsuzlaşdırmaq və sabahın enerjilərinə investisiya qoymaqdır".
"ADNOC kimi ənənəvi enerji istehsalçıları üçün Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacibdir. Biz tezliklə yaranacaq böyük enerji tələbatını ödəmək barədə də düşünməliyik. Zaman keçdikcə artan enerji tələbatını ödəmək üçün təbii qaz, hidrogen və bərpa olunan enerjinin dekarbonlaşdırılması və qəbul edilməsi tələbləri də artacaq", - deyə icraçı direkor əlavə edib.