Zakir Nuriyev: Bank kreditlərinin sığortası zaminliyə tələbi xeyli azaldacaq

Tarix: 05.06.2024 16:19

Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması zaminliyə tələbi xeyli azaldacaq. “APA-Economics” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib. "Bu gün sizin həmkarlarınız da sizdən bu və yaxud digər borclarına zamin durmağı xahiş edirlər. Bundan sonra ən sadə yolla deyəcəksiniz ki, həyatını sığortalatdır , rahatlıqla sizə kredit verəcəklər. Bu, ətəndaşlarımızın münasibətlərinin inkişafına təkan verir. Zaminlik məsələsi insanlar arasında kifayət qədər problemli məsələdir. Artıq bu alətlə bu problemi də çözəcəyik. Bununla da insanlar arasında münasibətlərin daha sivil formada qurulmasına şərait yaranacaq", - deyə Z. Nuriyev əlavə edib.

Xəbər Lenti