Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 08:22
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının qarşılanma mərasimi başlayıb.
APA-nın Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov sammit iştirakçılarını “Yrys Ordo” Konqres Mərkəzində qarşılayır.
Mərasimdən sonra ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir və “ŞƏT plyus” formatında görüş keçiriləcək.
Mənbə: apa.az