Rusiyanın Ukraynaya hücumlarında 12 nəfər ölüb

Rusiyanın Ukraynaya hücumlarında 12 nəfər ölüb

Tarix: 01 Sep 2026 11:22

Ötən gecə Rusiyanın Ukraynaya hücumlarında Hindistan vətəndaşı da daxil olmaqla 12 nəfər ölüb.

“Ukrainskaya Pravda”nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ballistik raket və dronlarla həyata keçirilən hücumlarda mülki infrastruktura ciddi ziyan dəydiyi bildirilib.

Kiyev, Xerson, Donetsk, Zaporojye, Sumı, Dnepr, Xarkov, Çerniqov və Jitomir hücumların hədəfi olub.

10 nəfərdən çox xəsarət alanın olduğu bildirilib.

Toğrul Quluzadə Rusiya Ukrayna hücum

Mənbə: apa.az

Xəbər Lenti