Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 11:15
Rusiya prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru ilə görüşməyi planlaşdırıb, amma sonra fikrini dəyişib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Agentstvo" nəşri məlumat yayıb.
Nəşri mənbəyə istinadən yazdığına görə, Vladimir Putin əvvəlcə 25 avqustda Moskvaya səfəri zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşməyi planlaşdırıb. Lakin CİA rəhbərinin Rusiyanın hərbi və iqtisadi vəziyyəti pisləşdiyindən Rusiya hakimiyyətini müharibəyə ən qısa müddətdə son qoymaq üçün danışıqlar aparmağa çağırmaq niyyətində olduğunu öyrəndikdən sonra görüşdən imtina edib.
Mənbə Putinin əvvəlcə mümkün danışıqlar üçün qrafikini də dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, Retkliffin Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovla görüşdüyünə dair məlumat yayılıb. CİA rəhbərinin Moskvaya səfərinin məqsədi rəsmi olaraq açıqlanmayıb.
Fərid Əkbərov #Rusiya #Putin #CIAMənbə: apa.az