Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 11:03
Rusiyalı milyarderlərin sərvəti 2026-cı ilin əvvəlindən bəri 19,77 milyard dollar azalıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilib ki, ən böyük azalma Mixail Proxorovun sərvətində müşahidə olunub. Belə ki, Proxorovun sərvəti 6,45 milyard dollar azalaraq 10,1 milyard dollara düşüb.
"Nornikel"in prezidenti Vladimir Potaninin sərvəti 3,73 milyard dollar azalaraq 22,7 milyard dollara düşüb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan Metalloinvest-in səhmdarı Əlişir Usmanov isə 2,92 milyard dollar itirib. Onun sərvəti 16,3 milyard dollar olaraq qiymətləndirilir.
"Telegram"ın sahibi Pavel Durovun xalis sərvəti 2,56 milyard dollar azalaraq 11,8 milyard dollara düşüb.
"Severstal"ın təsisçisi Aleksey Mordaşovun sərvətində ilin əvvəlindən bəri ən böyük artım müşahidə olunub. Onun xalis sərvəti 1,43 milyard dollar artaraq 27,7 milyard dollara çatıb. Rusiya zənginlərinin ilk üçlüyünü Gennadi Timçenko və Novatek-in baş direktoru Leonid Mixelson tamamlayıb.
Fərid Əkbərov #Rusiya #milyarderlərinsərvətiMənbə: apa.az