Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 10:58
Rusiya ordusu Ukraynanın Odessa şəhərində enerji obyektlərinə zərbə endirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə istilik elektrik stansiyası və üç elektrik yarımstansiyası zədələnib.
Bundan əlavə, Odessa limanında Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikası üçün 16 saxlama yeri və altı yanacaq-sürtkü çəni zədələnib.
Bildirilib ki, Kiyevdə "Flamingo" raket komponentləri istehsal edən "Fire Point" zavodu da hədəf alınıb.
Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş hərbi texnikanın saxlandığı iki anbar da vurulub.
Rusiya ordusu "Hornet" də daxil olmaqla, pilotsuz uçuş aparatlarının çatdırılması və idarə olunması üçün aerostatlar istehsal edən "Aerobavovna" zavoduna raket zərbəsi endirib.
Hərbi yüklər üçün əsas lokomotiv xidmət məntəqəsi olan Kiyevdəki "Darnitsa" deposu zədələnib.
Rusiya ordusu, həmçinin, Çornomorsk limanındakı Ukrayna Silahlı Qüvvələrinin anbarlarına zərbələr endirib.
Kiyev vilayətinin Xotiv şəhərində pilotsuz qayıqların yığılması, təchiz edilməsi və saxlanması üçün emalatxanaya zərbə endirilib.
Həmçinin, Rusiya MN Borispolda Ukrayna Silahlı Qüvvələrinə yanacaq və sürtkü yağları tədarük edən neft anbarına zərbə endirildiyi barədə məlumat yayıb.
Fərid Əkbərov Rusiya ordusu Kiyev Flamingo raketləriMənbə: apa.az